速報APP / 教育 / E-Cedvel (NDU)

E-Cedvel (NDU)

價格:免費

更新日期:2018-11-27

檔案大小:2.7M

目前版本:2.1

版本需求:Android 4.1 以上版本

官方網站:http://ndu.edu.az

Email:m.rustem.85@gmail.com

E-Cedvel (NDU)(圖1)-速報App

Layihə dərs və imtahan cədvəllərinin tamamilə elektronlaşdırılması məqsədiylə 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin İKT Mərkəzi tərəfindən hazırlanmışdır. Bu tətbiqetmə vasitəsilə istənilən vaxt onlayn şəkildə dərs, kollokvium və imtahan cədvəllərinə baxış keçirdə bilərsiniz.

E-Cedvel (NDU)(圖2)-速報App

İnformasiya-kommunikasiya texnologiyaları mərkəzi haqqında

İnformasiya-kommunikasiya texnologiyaları mərkəzi (İKTM) 2009-cu ildə İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi kimi fəaliyyətə başlamış, 2015-ci ildə İnformasiya-kommunikasiya texnologiyaları mərkəzi olaraq adlandırılmışdır. İnformasiya-kommunikasiya texnologiyaları mərkəzi universitetin mövcud və gələcəkdəki informasiya strukturunun etibarlı və müasir bir şəkildə fəaliyyətini təmin etmək üzrə qurulmuşdur. İKT mərkəzi qurulduğu gündən universitetdə bir çox mühüm işlər görmüşdür. 2009-cu ildə universitetdə ”CİSCO texnologiyaları əsasında” bütün universiteti əhatə edən lokal şəbəkə quraşdırılmışdır. Universitetin hər bir tədris binasında Wireless antenalar qurularaq istifadəyə verilmişdir. Hotspotlar (Wi-Fi) vasitəsi ilə universitetin 108 hektarlıq kampusunda simsiz internet şəbəkəsi qurulmuşdur. Hazırda isə universitet kampusunda yerləşən binalar arasında optik kabel vasitəsi ilə əlaqə yaradılmışdır. Universitet internetlə təmin olunan gündən bir çox xarici universitetlərlə HD keyfiyyətli video bağlantılar, telekörpülər qurulmuşdur. Bunun nəticəsində xarici universitetlərlə əlaqələr daha da möhkəmlənmişdir. Naxçıvan Dövlət Universitetinin rəsmi internet səhifəsi yaradılmışdır. Universitetin həyatında gündəlik baş verən bütün dəyişikliklər internet səhifəsində yerləşdirilir. Universitetin internet səhifəsi www.ndu.edu.az, e-mail adresi: info@ndu.edu.az və admin@ndu.edu.az - dır. Universitetdə bütün informasiya texnologiyaları resursları qeydiyyata alınmışdır. Universitet kollektivinin kompyuter biliklərini artırmaq üçün bir çox kurslar və seminarlar keçirilir. Mərkəzin əsas vəzifələrindən biri də universitetdəki kompyuterlərin təhlükəsizliyini təmin etmək və texniki xidmət göstərməkdir. Mərkəzdə əlavə olaraq proqramların hazırlanması, web səhifələrin dizayn olunması, ümumi dizayn işləri, şəbəkələrin və yüksək səviyyəli təhlükəsizlik sistemlərinin qurulması, serverlərin sazlanması, onların təhlükəsizliyinin təmin edilməsi işləri də yerinə yetirilir. Universitetin bütün tədris binalarında təhlükəsizlik kameraları birləşdirilmişdir. Universitetin şöbə, kafedra və fakültələri son illərdə yeni informasiya texnologiyaları ilə təmin olunmuşdur. 2012-ci ildən hazırlıqlarına başlanılan “Naxçıvan Dövlət Universiteti üçün elekron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastruktrunun yaradılması” layihəsi 2013-cü il yanvarın 29-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Qrant sazişinin imzalanma mərasimi ilə hüquqi status qazanmışdır. 2015-ci ildə isə layihə çərçivəsində görüləcək işlər tamalanmış və həmin ildən etibarən də İnformasiya-kommunikasiya texnologiyaları mərkəzi istifadəyə verilmişdir. Bu işlərin yekunu olaraq nsu.edu.az internet portalı istifadəyə verilmişdir. İnternet portal vasitəsilə akademik idarəetmə, elektron imtahan, elektron sənəd dövriyəsi və e-mail xidmətləri həyata keçirilir. Eyni zamanda elektron imtahan otaqlarında və elektron auditoriyalarda nəzarət kameraları quraşdırılmışdır. Həmçinin universitetin şöbə, kafedra və fakültələrində 200 ədəd İP telefon quraşdırılmışdır. Fakültələrdə elektron elanları yerləşdirmək üçün monitorlar quraşdırılmışdır.